Arsen Venger daha iki il "Arsenal"da
"Arsenal" baş məşqçisi Arsen Vengerlə müqavilə müddətini uzadıb.
SportLine.az BBC Sport-a istinadən xəbər verir ki, klub rəhbərliyi bu gün keçirilən iclasda fransalı mütəxəssisi daha iki il vəzifədə saxlamağa qərar verib.
"Arsenal" mövsümü "Çelsi"nin 18 xal gerisində tamamlayıb. Bununla belə, Federasiya Kubokunun finalında "zadəganlar"ı üstələməyi bacarıb.
Qeyd edək ki, A.Venger 1996-cı ildən "topçular"a rəhbərlik edir.