"Arsenal" "Beşiktaş"la razılaşdı
"Beşiktaş" Leandro Trossardı transfer etməyə yaxındır.
Sportline.az xəbər verir ki, "Arsenal" belçikalı futbolçunu 17 milyon avro qarşılığında satmağa hazırdır.
Bu haqda "The Athletic" nəşri məlumat yayıb.
Qeyd edək ki, L.Trossardın London klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.