"Arsenal" - "Çelsi" duelinin vaxtı müəyyənləşdi
İngiltərə Super Kuboku uğrunda oyunun vaxtı açıqlanıb. SportLine.az BBC Sport-a istinadən xəbər verir ki, görüş avqustun 6-da "Uembli" stadionunda keçiriləcək.
Super Kubok uğrunda matçda Premyer Liqanın qalibi "Çelsi" Federasiya Kubokunun sahibi "Arsenal"la münasibətləri aydınlaşdıracaq.