Artem Dzyuba "Lokomotiv"dən ayrılıb

Rusiya millisinin sabiq hücumçusu Artem Dzyuba "Lokomotiv" ilə yollarını ayırıb.

Sportine.az xəbər verir ki, bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb.

35 yaşlı futbolçu 2023-cü ilin fevralından "dəmiryolçular"ın şərəfini qoruyurdu.

Dzyuba "Lokomotiv"lə keçirdiyi 39 oyunda 12 qol vurub, 9 asist edib.

Qeyd edək ki, təcrübəli hücumçu 160 qolla Rusiya çempionatları tarixinin ən məhsuldar oyunçusudur.