Ashabov qardaşlarının həbsi ilə bağlı yeni detallar üzə çıxdı
UFC MMA döyüşçüsü Hüseyn Ashabovla qardaşının həbsi ilə bağlı bəyanat yayıb.
Sportline.az qurumun saytına istinadla xəbər verir ki, bəyanatda UFC-nin məsələ ilə bağlı əlavə məlumatlar topladığı vurğulanır.
Həmçinin, hüquqi proses tamamlandıqdan sonra tam qərar veriləcəyi bildirilir.
Hələlik isə, Ashabovun iştirakı ilə oktyabrın 7-nə təyin olunan döyüş təxirə salınıb.
Qeyd edək ki, Ashabov qardaşları sentyabrın 3-də Çernq Talay kurortunda İtaliya vətəndaşına qarşı soyğunçuluqda ittiham olunurlar.
Onlar sentyabrın 5-də Tailandın Pxuket şəhərində saxlanılıblar.
Zərərçəkəndən 340 min dollar oğurlandığı bildirilir.