"Aston Villa"dan "Beşiktaş"a doğru
"Aston Villa"nın mərkəz müdafiəçisi Tayron Minqs karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Beşiktaş" ingiltərəli stopperin xidmətində maraqlıdır.
Bu haqda "Fanatik" nəşri məlumat yayıb.
Qeyd edək ki, T.Minqsin dəyəri 4 milyon avrodur.