"Atalanta"nın futbolçus 6 aylığına sıradan çıxıb
Serie A klublarından "Atalanta"nın hücumçusu Canluka Skamakkanın çarpaz bağı yırtılıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 25 yaşlı futbolçu 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
Futbolçu "Parma" ilə yoldaşlıq oyununda zədələnib. Görüş "Parma"nın 4-1 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, italiyalı futbolçu ötən mövsüm "Atalanta" ilə 44 oyunda 19 qol və 8 asistlə yadda qalıb.