"Atletiko Madrid" "Barselona"dan ən azı 120 milyon avro tələb edir

"Barselona"nın yay transfer pəncərəsi dövründə bir nömrəli transfer hədəfi Xulian Alvarezdir.

Sportline.az xəbər verir ki, "Atletiko Madrid" argentinalı forvard üçün ən azı 120 milyon avro tələb edir.

Bu haqda jurnalist Ben Yakops məlumat yayıb.

Qeyd edək ki, X.Alvarez cari mövsüm meydana çıxdığı 47 matçda 19 qol, 9 asistlə yadda qalıb.