"Atletiko Madrid" türkiyəli futbolçu ilə bağlı yekun qərarını verib

"Atletiko Madrid" türkiyəli futbolçu ilə bağlı yekun qərarını verib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İspaniya klubu təcrübəli müdafiəçi Çağlar Söyüncünün yeni mövsümdə komandada qalmasını istəyib.

"Atletiko Madrid" rəsmiləri Çağlar Söyüncünün "Fənərbağça" klubuna qalıcı olaraq transfer olunmayacağını deyib. 

Qeyd edək ki, Çağlar Söyücnü qış transfer pəncərəsində "Fənərbağça" klubuna icarə əsasında transfer olunmuşdu.