"Atletiko" xorvatla yollarını ayırdı

“Atletiko” müdafiəçisi Şime Vrsalko ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

30 yaşlı futbolçunun başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, Vrsalko 2016-cı ildən “Atletiko”da çıxış edirdi. Xorvatiya yığmasının da üzvü olan müdafiəçinin karyerasını Yunanıstanın “Olimpiakos” klubunda davam etdirməsi gözlənilir.