"Atletiko"dan "Olimpiakos"a

"Atletiko"dan ayrılan Şime Vrsalko karyerasını Yunanıstanda davam etdirəcək. 

Sportline.az xəbər verir ki, xorvatiyalı futbolçu "Olimpiakos"a keçib. Klubun rəsmi saytı 30 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalandığını açıqlayıb. O, yeni komandasına azad agent kimi keçib.

Qeyd edək ki, Xorvatiya millisinin üzvü “Dinamo”(Zaqreb), “Cenoa”, “Sassuolo”, İnter” klublarında da çıxış edib.