"Atletiko"dan yeni həmlə - Masada 40 milyon avro olacaq
"Atletiko" yayda Edersonu heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, Madrid təmsilçisi bu keçid üçün "Atalanta"ya 40 milyon avro ödəməyə hazırdır.
Bu haqda "Tutto Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, Edersonun Berqamo klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.