AVRO-2024: Açılış matçının hakimi bilindi

Avropa çempionatının startına iki gün qalır.

Sportline.az xəbər verir ki, artıq yarışın açılış matçının hakimləri açıqlanıb.

UEFA çempionatın ilk oyununu fransalı hakimlər briqadasına həvalə edib.

Baş hakim Klemen Türpenə Nikola Dano və Benjamen Paj yardımçı olacaq.

Qeyd edək ki, AVRO 2024-ə Almaniya - Şotlandiya görüşü ilə start veriləcək.