AVRO-2024: İspaniyanın çempionluq şansı var

Madrid "Real"ının müdafiəçisi Daniel Karvaxal İspaniya millisinin Avropa çempionatında imkanları haqda fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, təcrübəli futbolçu bu mövzuda iddialarını gizlətməyib.

"Düşünürəm ki, bizim çempion olmaq şansımız var. Bəli, bəziləri bizi aşkar favorit saymaya bilərlər. Amma, bu imkan həmişə var", deyə Karvaxal "Marca"ya düşüncələrini açıqlayıb.

Qeyd edək ki, B qrupunda mübarizə aparacaq İspaniyanın rəqibləri Xorvatiya, İtaliya və Albaniya milliləridir.