AVRO:2024-ün favoriti Almaniyada

Futbol üzrə Avropa çempionatının başlamasına 2 gün qalır.

Sportline.az xəbər verir ki, artıq yarışın əsas favoritlərindən sayılan Fransa millisi də çempionatın keçiriləcəyi Almaniyaya gəlib. 

Bu haqda sosial şəbəkələrdə fotolar paylaşılıb. 

Qeyd edək ki, Fransa millisi qrup mərhələsində Avstriya, Niderland və Polşa komandaları ilə mübarizə aparacaq.