Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala yüksəlməklə medalı təmin edib

Azərbaycan boksçusu Anaxanım İsmayılova Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Sportline.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində Yaroslava Marinçuka (Ukrayna) 3:2 (30:27, 29:28, 30:27, 27:30, 27:30) hesabı ilə qalib gəlib.

İsmayılova yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib. O, növbəti döyüşündə irlandiyalı Katlin Fryerslə üz-üzə gələcək. Görüş oktyabrın 21-də olacaq.

Qeyd edək ki, 1/4 finalda yığmanın digər üzvü Şəhla Allahverdiyeva (66 kq) Yelena Yaniçiyeviçla (Serbiya) mübarizə aparacaq. Aynur Rzayeva (+81 kq) isə yarımfinalda Darya Kozoresi (Moldova) sınağa çəkəcək.