Avropa çempionları Bakıya qayıdırlar
Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qələbə çalan mini-futbol üzrə Azərbaycan millisi bu gecə Bakıya qayıdacaq.
Sportline.az xəbər verir ki, millini gətirən təyyarə saat 03:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək.
Qeyd edək ki, mini-futbol seçməsi finalda altıqat Avropa çempionu Rumıniyanı 1:0 hesabı ilə yenərək titula yiyələnib.