Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıdıb
Mini-futbol üzrə Avropa çempionu olan Azərbaycan millisi Bakıya qayıdıb.
Sportline.az xəbər verir ki, Slovakiyanın Koşitse şəhərindən dönən futbolçularımız Heydər Əliyev Beynəlxalq Hava Limanında böyük coşqu ilə qarşılanıblar.
İdman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və və azarkeşlər çempion komandanı qarşılamaq üçün hava limanına yollanıblar.
Qeyd edək ki, Elşad Quliyevin baş məşqçi olduğu milli Avropa çempionatının finalında Rumıniyanı 1:0 hesabı ilə yenərək tarixində ilk dəfə qitə çempionu olub.