"Axmat' Qrozni Maqomed Adiyevlə yola davam edəcək
"Axmat"ın baş məşqçisi Maqomed Adiyev Qroznı klubu ilə 3 illik yeni müqavilə imzalayıb.
Sportline.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat verib.
Xatırladaq ki, Adiyev bu ilin aprelindən Qrozni klubuna rəhbərlik edir. Onun başçılığı altında komanda 9 oyun keçirib (5 qələbə və 4 məğlubiyyət). Ötən mövsümün sonunda "Axmat" RPL-də 10-cu yeri tutub.