"Ayaks" 16 yaşlı futbolçunu heyətinə qatıb
Françesko Fariolinin rəhbərlik etdiyi "Ayaks" heyətini gənc müdafiəçi ilə gücləndirib.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Niderland nəhəngi 16 yaşlı oyunçu Jorti Mokio ilə razılıq əldə edib.
"Ayaks", "Barselona"nın da yaxından maraqlandığı futbolçu ilə 3 illik müqavilə imzalayıb.
Mokio "Ayaks"ın U-23 komandasında çıxış edirdi.O, ötən mövsüm UEFA Gənclər Liqasında 2 oyunda çıxış edib.