Ayaz Quliyev AFFA-nı günahlandırdı

Rusiyanın “Ximki” klubunun futbolçusu  Ayaz Quliyev Azərbaycan millisi ilə bağlı yeni açıqlama verib. 

Sportline.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Sport24.ru” saytına müsahibəsində AFFA ilə əlaqədə olduğunu deyib:

“AFFA ilə daimi əlaqə saxlayıram, lakin hələ yekun təklif olmayıb. Hər şey konkret olmalıdır. Oturmaq, danışmaq və ortaq məxrəcə gəlmək lazımdır. Belə çıxır ki, məni istəyirlər, amma heç nə olmur. Konkret danışıqlardan sonra Azərbaycan millisində oynamaq istəyib-istəmədiyimi biləcəm. İndi isə nəsə söyləmək olmur. Tələsik qərar vermək istəmirəm".

 

 

Banner