Azarkeşlər Çempionlar Liqasında mövsümün ən yaxşı qolunu seçiblər

Çempionlar Liqası azarkeşlərin 2023/24 mövsümünün ən yaxşıları olaraq seçdiyi qolları açıqlayıb.

Sportline.az xəbər verir ki, "Qalatasaray"ın futbolçusu Tetenin qrup mərhələsində "Kopenhaqen"nin qapısına vurduğu qol mövsümün ən yaxşısı seçilib.

İkinci ən yaxşı qol "Real"ın oyunçusu Federiko Valverdenin "Mançester Siti"yə vurduğu qol olub.

Azarkeşlərin bəyənisini toplayan ən yaxşı üçüncü qol isə "Mançester Siti"nin hücumçusu Fil Fodenin yarımdinalda "Real Madrid"in qapısına vurduğu qol seçilib.

Qeyd edək ki, Çempionlar Liqasında mövsümün qalibi finalda "Borussiya"nı 2-0 hesabı ilə məğlub edən "Real" Madrid olub.