Azarkeşlər meydana axışdı, oyun dayandırıldı

Futbol üzrə Çili çempionatının son turunda "Kolo Kolo" və "Santiaqo Vanderers" komandaları arasındakı görüş yarımçıq dayandırılıb. SportLine.az xəbər verir ki, buna baş verən ixtişaşlar səbəb olub. 

Meydana daxil olan maskalı qrupların əllərində daş, dəyənək və fişənglərin olması diqqət çəkib. Futbol ictimaiyyəti də təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə olmamasından şikayətlənib. "Barselona" klubunun qapıçısı Klaudio Bravo da Tvitter hesabında məsələyə münasibət bildirərkən dövlətin təhlükəsizliyə xüsusi diqqət ayırmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, "Kolo Kolo" hazırda turnir cədvəlinin lideridir.