Azərbaycan Böyük Dəbilqədə bir cüdoçu ilə təmsil olunacaq

Azərbaycanı Monqolustanın paytaxtı Ulan-Batorda keçiləcək Böyük Dəbilqədə bir cüdoçu təmsil edəcək.

Sportline.az xəbər verir ki, qadın cüdoçuların mübarizəsində 48 kq çəki dərəcəsində Leyla Əliyeva qüvvəsini sınayacaq.

24 - 26 iyundakı turnirə dünyanın 30 ölkəsindən 272 idmançı qatılacaq.