Azərbaycan çempionatında II dövrənin son turunun təqvimi

Qadın voleybolçular arasında Azərbaycan çempionatında II dövrənin son turunun təqvimi müəyyənləşib.

Sportline.az xəbər verir ki, Yüksək Liqada X turun matçları yanvarın 23-də və 25-də baş tutacaq.

İlk olaraq ayın 23-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Murov Az Terminal” və “Gəncə” klubları üz-üzə gələcəklər. Bu görüş saat 17:00-da start götürəcək. UNEC klubunun idman zalında saat 18:00-da başlayacaq qarşılaşmada isə “Milli Aviasiya Akademiyası” ilə UNEC münasibətləri aydınlaşdıracaqlar.

Tura yanvarın 25-də “Abşeron” - “Azərreyl” oyunu ilə yekun vurulacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq matçın start fiti saat 18:00-da səslənəcək.