Azərbaycan çempionatında mükafat qazandılar

14 yaşadək qız voleybolçulardan ibarət "Möminə xatun" komandası Azərbaycan çempionatının bürünc medallarını qazanıb.

Sportline.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə komanda "Şərqi Zəngəzur RVK" komandası ilə üz-üzə gəlib.

Bakıdakı Voleybol Mərkəzində keçirilən görüşdə "Möminə xatun" komandası hesabda geri düşməsinə baxmayaraq əzmkarlıq nümayiş etdirib. Rəqibini 2:1 (19:25, 26:24, 15:9) hesabı ilə məğlub edib və ölkə çempionatının bürünc medalını qazanıb.