Azərbaycan çempionatının iştirakçıları bəlli oldu
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasına qatılacaq klubların adları dəqiqləşib. Azərbaycan Voleybol Federasiyasından SportLine.az saytına verilən məlumata görə, çempionatda qalib adı uğrunda 4 komanda mübarizə aparacaq.
Belə ki, ötən ilki çempion “Neftçi”, gümüş medalçı “Nəqliyyatçı” ilə yanaşı, “Sumqayıt” və “Nəqliyyatçı gənclər” klubları Azərbaycanın ən güclüsünü müəyyənləşdirəcək. Yarış 3 turdan ibarət olacaq. Klublar noyabr, fevral və apreldə olacaq oyunlarda 3 gün ardıcıl bir-birini sınağa çəkəcək.
Artıq ilk mərhələnin təqvimi və keçiriləcəyi məkan dəqiqləşib. Komandalar Qəbələdə münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar noyabrın 22-24-də Olimpiya Kompleksində olacaq.
Qeyd edək ki, ötən mövsümün bürünc medalçısı “Binəqədi”, həmçinin “Ali Hərbi Məktəb” yarışa qatılmaqdan imtina ediblər.
I mərhələnin təqvimi
22 noyabr
15:00. “Neftçi” - “Nəqliyyatçı gənclər”
16:30. Açılış mərasimi
17:00. “Sumqayıt” - “Nəqliyyatçı”
23 noyabr
11:00. “Nəqliyyatçı gənclər” - “Sumqayıt”
12:30. “Neftçi” - “Nəqliyyatçı”
24 noyabr
11:00. “Nəqliyyatçı” - “Nəqliyyatçı gənclər”
12:30. “Sumqayıt” - “Neftçi”