Azərbaycan cüdoçusu Böyük Dəbilqənin qalibi oldu

Bakıda cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.

Sportline.az xəbər verir ki, Azərbaycan cüdoçusu Yaşar Nəcəfov (66 kq) turnirin qalibi olub. O, finalda yaponiyalı Takeşi Takeokaya cəmi 12 saniyəyə “ippon”la qalib gəlib.

Qadın cüdoçu Leyla Əliyeva isə həlledici görüşdə italiyalı Skutto Assuntaya uduzub və  gümüş medalla kifayətlənib.

Qeyd edək ki, ilk gündə yarışa qoşulan digər cüdoçular Balabəy Ağayev, Rövşən Əliyev, Nazir Talıbov, Əhməd Yusifov (hamısı 60 kq), Qasım Vəlizadə, Rəşad Yelkiyev, Ruslan Paşayev (hamısı 66 kq), Ramilə Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Nərgiz Hacıyeva (57 kq) turnirlə erkən vidalaşıblar.