Azərbaycan dünya çempionatında üçüncü qızıl medalı qazandı

Azərbaycan para-üzgüçüsü Roman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatınında ikinci qızıl medalını qazanıb.

Sportline.az xəbər verir ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarının üçqat qalibi olan 28 yaşlı idmançı 100 metr məsafəyə sərbəst üzmədə 53.07 nəticə göstərərək finişə birinci çatıb.

Bununla millimizin dünya çempionatında qazandığı medalların sayını 5-ə çatdırdı.
Daha öncə keçirilmiş yarışlarda R.Saley 1 qızıl, 2 gümüş, digər təmsilçimiz Vəli İsrafilov isə 1 qızıl medala sahib çıxıb.

Banner