Azərbaycan Estoniyaya qalib gəldi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə Estoniyanın müvafiq yaş qrupundan ibarət millisi ilə üz-üzə gəlib.

Parnu şəhərindəki “Parnu Rannastadion”dakı qarşılaşma Azərbaycan komandasının 5:0 hesablı qələbəsi ilə bitib.

Millinin qollarını 3 və 33-cü dəqiqədə Musa Qurbanlı, 49-cu dəqiqədə Rüfət Abdullazadə, 50-ci dəqiqədə Ceyhun Nuriyev, 84-cü dəqiqədə isə İsmayıl Zülfüqarlı vurub.

Qeyd edək ki, Azərbaycan yığması A qrupunda 8 oyundan sonra 7 xalla 5-ci pillədə qərarlaşıb. 9 qarşılaşmanın hamısında məğlub olan Estoniya isə sonuncu - 6-cı yerdədir.