Azərbaycan idmançısı Rusiyada bürünc medal qazanıb

Azərbaycanın xizəkdə tramplindən tullanma üzrə idmançısı Zahir Cəfərov Rusiyanın Nijni Novqorod şəhərində keçirilmiş yarışda bürünc medal qazanıb.

Bu barədə Sportline.az-a Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, 50 idmançı arasında 3-cü yerə sahib çıxıb.