Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kubokunda daha bir çəki üzrə mükafatçılar müəyyənləşib.

Sportline.az xəbər verir ki, çəkisi 61 kq-a qədər olan kişilərin mübarizəsində Turan Əliyev qızıl medal qazanıb. O, ümumilikdə 214 kq (100+114) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Toplam 200 kq (90+110) nəticə göstərən Elşan Məmmədov gümüş, 198 kq (90+108) nəticə göstərən Akif Abdullayev isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, daha əvvəl 55 kq-da Amin Osmanov qızıl medal əldə edib.