Azərbaycan milisi bu gün yoldaşlıq görüşündə Qazaxstanla üz üzə gələcək

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi yığma Qazaxıstanla görüşəcək.

Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Görüşü macar Bens Çonka idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Albaniyaya 1:3 hesabı ilə uduzub.