Azərbaycan millisi AÇ-nin 1/4 final görüşünə çıxır

Mini-futbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının 1/4 final mərhələsinin oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, Elşad Quliyevin komandası ev sahibi Slovakiya ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtilə 22:45-də başlanacaq.

Millimiz qələbə qazansa, yarımfinalda Macarıstan - Qazaxıstan cütünün qalibi ilə görüşəcək.