Azərbaycan millisində baş məşqçi ayrılığı
15 yaşadək qızlardan ibarət Azərbaycan millisinin (U-15) baş məşqçisi Gülənbər Qasımova vəzifəsindən ayrılıb.
Sportline.az xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.
Mütəxəssis ilə müqaviləyə 1 iyun 2026-cı il tarixindən etibarən qarşılıqlı razılıq əsasında xitam verilib.
Bildirilib ki, o, U-19 millisində köməkçi məşqçi kimi fəaliyyətini davam etdirəcək.