Azərbaycan millisinin futbolçusu "Vulverhempton"un düşərgəsinə qoşulub

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İngiltərənin "Vulverhempton" klubunun düşərgəsinə qoşulub.

Sportline.az xəbər verir ki, bu barədə "canavarlar"ın rəsmi instaqram hesabında paylaşım edilib.

Qeyd edək ki, 2019-cu ildə "Vulverhempton"lə müqavilə imzalayan Renat Dadaşov müxtəlif klublara icarəyə verilib. 23 yaşlı hücumçu son mövsüm Portuqaliyada "Tondela"nın formasını geyinib.