Azərbaycan Premyer Liqasının XXXVI turunda azarkeş rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasının XXXVI turunda azarkeş rekordu qeydə alınıb.

Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, son turun oyunlarını 24 300 tamaşaçı izləyib.

Bu isə mövsümün mütləq rekordudur. Bunadək ən yüksək göstərici XXXII tura təsadüf edib – 13 800 izləyici.

Ümumilikdə isə çempionatın 180 matçında 276 487 tamaşaçı olub. Orta hesabla hər oyunu 1536 azarkeş izləyib.

XXXII turun “Sumqayıt” – “Qarabağ” və XXXVI turun “Sumqayıt” – “Qəbələ” görüşlərini rekord sayda – 9300 nəfər izləyib. XXI turun “Sumqayıt” – “Neftçi” qarşılaşmasında bu rəqəm 8100-ə bərabər olub.

Ən çox tamaşaçı toplayan üç oyuna “Sumqayıt” ev sahibliyi etsə də, mövsümün ən çox tərəfdar toplayan komandası “Turan Tovuz” olub. Bu göstəricidə “Neftçi” üçüncüdür.