Azərbaycan qalib gəlsə də, mübarizəni dayandırdı
19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinə yekun vurulub. SportLine.az xəbər verir ki, ilk iki görüşdə məğlub olan Azərbaycan seçməsi son turda Bosniya-Herseqovina millisi ilə qarşılaşıb. Matç komandamızın qələbəsi ilə yekunlaşsa da, qazanılan 3 xal qrupdan çıxmağa kifayət etməyib.
Türkiyə isə son oyunda Ukrayna millisi üzərində əzmkar qələbə qazanmaqla təsnifat mərhələsini lider bitirib.
15 noyabr 2015
Avropa çempionatının təsnifat mərhələsi (U-19)
Azərbaycan - Bosniya və Hersoqovina 1:0
QOL: Bəhlul Mustafazadə, 41 (1:0)
Ukrayna - Türkiyə - 3:4
QOLLAR: Şved, 3 (1:0); Şecebetun, 15 (2:0); Pikalonok, 29 (3:0); Abdurrahman Canlı, 49 (3:1); Cengiz Ünder, 70/pen. (3:2); Berkay Özcan, 76 (3:3); Muhammet Beşir, 86 (3:4)
| 1. | Türkiyə | 3 | 2 | 0 | 1 | 6:5 | 6 |
| 2. | Ukrayna | 3 | 2 | 0 | 1 | 10:5 | 6 |
| 3. | Azərbaycan | 3 | 1 | 0 | 2 | 1:5 | 3 |
| 4. | Bosniya-Herseqovina | 3 | 1 | 0 | 2 | 3:5 | 3 |