Azərbaycan San-Marinoya qarşı
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, komandamız San Marino seçməsi ilə qarşılaşacaq.
Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.
9 iyun
Yoldaşlıq oyunu
22:00 Azərbaycan – San Marino
Macarıstan, “Haladaş” arena.