Azərbaycan və Qazaxıstan millisi baş məşqçi postuna rusiyalı mütəxəssisi düşünür

Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesov Qazaxıstan və Azərbaycan millilərinin baş məşqçi postuna namizədlər sırasındadır.

Sportline.az xəbər verir ki, bu barədə Rusiyanın Sport24 nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, rusiyalı mütəxəssis bu komandalardan konkret təklif gözləyir. Qeyd olunur ki, hazırda Çerçesov Azərbaycan millisində çalışmağı daha üstün tutur.

Xatırladaq ki, daha əvvəl 60 yaşlı mütəxəssislə Azərbaycan millisinin maraqlandığı barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Stanislav Çerçesov son olaraq Macarıstanın "Ferençvaroş" komandasına rəhbərlik edib.