Azərbaycana məğlubiyyət istefa ilə nəticələndi

Rusiyanın gənclərdən ibarət komandasının baş məşqçisi Dmitri Xomuxa istefaya göndərilib. SportLine.az xəbər verir ki, bu haqda Rusiyanın idman naziri Vitali Mutko ictimaiyyəti məlumatlandırıb: "Onun yeniyetmələr üzrə komandadakı uğurlarına görə gənclər seçməsinə dəvət etmişdik. Bu işdə özümün də səhvimi etiraf edirəm".

Xatırladaq ki, Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan Rusiya seçməsi son oyunda Bakıda 0:3 hesabı ilə məğlubiyyətə uğramışdı.