Aziz Yıldırım geri döndü
“Fənərbağça”da keçirilən növbədənkənar prezident seçkilərinin nəticələri açıqlanıb.
Sportline.az xəbər verir ki, klub üzvlərinin səsverməsinin yekununa əsasən, keçmiş prezident Aziz Yıldırım yenidən klubun prezidenti seçilib.
Qeyd edək ki, Aziz Yıldırım 1998–2018-ci illərdə “Fənərbağça”nın prezidenti olub və bu müddətdə klub bir sıra uğurlara imza atıb. O, 2026-cı ildə yenidən namizədliyini irəli sürərək prezident postuna qayıdacağını açıqlamışdı.