Bakı cüdo üzrə 2018-ci il dünya çempionatına ev sahibliyi edəcək
2018-ci ilin cüdo üzrə dünya çempionatı Bakıya həvalə olunub. Sportline.az xəbər verir ki, bu haqda Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer məlumat verib. Sözügedən qurumun Bakıda keçirilən seminarına qatılan Vizer beynəlxalq yarışların təşkilində böyük təcrübəsi olan paytaxtımızın cüdo üzrə dünya çempionatını da yüksək səviyyədə keçirəcəyinə əminliyini vurğulayıb.