Bakıdan qələbə ilə ayrılan klubda yeni baş məşqçi

"Marsel"in yeni baş məşqçisi açıqlanıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda İqor Tüdora həvalə olunub.

Xorvatiyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

44 yaşlı baş məşqçi bu vəzifədə 3 gün öncə istefaya göndərilən Xorxe Sampaolini əvəzləyib.

Qeyd edək ki, Sampaoli 2021-ci ilin fevralından komandaya rəhbərlik edirdi.

Xatırladaq ki, "Marsel" UEFA Konfrans Liqasının pley-off mərhələsinin hər iki oyununda "Qarabağ"a qalib gəlmişdi: 3:1;3:0.