"Barselona" Çempionşip komandasının futbolçusunu istəyir
"Barselona" "Hall Siti"də çıxış edən Ceydon Filogini transfer siyahısını daxil edib.
Sportline Ntvspor.net-ə.az xəbər verir ki, Kataloniya klubu 22 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir.
Xəbərdə Barselonanın əsəs hədəfinin Niko Uillims olduğu, lakin yüksək məbləğə görə bu transferdən imtina etdiyi bildirilir.
Qeyd edək ki, Ceydon Filogin ötən mövsüm Çempionşipdə 32 oyunda 12 qol və 6 asistlik performans göstərib.Onun İngiltərə klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.