"Barselona" kolumbiyalı oyunçu ilə maraqlanır

"Barselona" növbəti yay transfer mövsümündə heyətini hücumçu ilə gücləndirmək istəyir.

Sportline.az Marca.com-a istinadla xəbər verir ki,  Kataloniya təmsilçisi "Aston Villa"da çıxış edən Con Duranı transfer etmək niyyətindədir.

"Barselona" kolumbiyalı forvardı yaxından izləyir və nəzarətdə saxlayır. La Liqa nəhəngi 20 yaşlı hücumçunu növbəti yay transfer pəncərəsi zamanı heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Aston Villa" Con Duranı 2023-cü ilin yanvar ayında ABŞ-nin "Çikaqo" klubundan transfer edib. Kolumbiya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 5 qol vurub. Gənc futbolçunun klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.