"Barselona" Neqreyra davasına görə müflis ola bilər

“Barselona” hakimliklə bağlı qalmaqala görə iflasla üzləşib.

Sportline.az xəbər verir ki, bundan əvvəl Kataloniya klubu İspaniya Kral Futbol Federasiyasının hakimlər heyətinin texniki komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyraya rüşvət verməkdə ittiham olunurdu. "Barselona"nı iflas, Avropa yarışlarından qadağa və ikinci liqaya düşmə təhlükəsi gözləyir.

Neqreyranın özü, oğlu, həmçinin “Barselona”nın keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Rossel rüşvətxorluqda ittiham olunurlar. Barselona İstintaq Məhkəməsinin rəhbəri, işə rəhbərlik edən Xoakin Aqirre klubun Neqreyraya 7,5 milyon avro ödəməsini cinayət hesab edib.