"Barselona" təhlükə qarşısında
"Barselona" İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin texniki komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreiraya rüşvət verməkdə ittiham olunur.
Sportline.az xəbər verir ki, "Barselona" istintaq məhkəməsinin rəhbəri, işə rəhbərlik edən Xoakin Agirre klubdan Neqreiraya 7,5 milyon avro ödənilməsini cinayət hesab edib.
Neqreyranın özü, oğlu, həmçinin “Barselona”nın keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Rossel rüşvətxorluqda ittiham olunurlar.
Məhkəmənin mövqeyinə görə, heç bir vəzifəli şəxs vəzifəsinin icrasına görə əlavə haqq almamalıdır. Məhkəmə "Barselona"nın günahını sübuta yetirərsə, klub La Liqadan qovularaq İspaniya çempionatının ikinci güclü divizionu olan Sequnda Divizionuna göndərilə, həmçinin avrokuboklarda iştirakdan kənarlaşdırıla bilər.