"Barselona"dan "Çelsi"yə

"Çelsi" "Barselona"nın gənc oyunçusu Mark Qiunu heyətinə qatıb.

Sportline.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Mark Qiu İngilətərə klubuna transferini bu sözlərlə ifadə edib.

""Çesli" ilə müqavilə bağladığım üçün çox şadam.Buraya səyahətim zamanı yatmağa çalışdım, çünki çox həyəcanlı idim.İngiltərə Premyer Liqası mənim üçün xəyal idi" deyə ispaniyalı futbolçu bildirib.

Tərəflər arasında müqavilə 2029-cu ilə qədər imzalanıb.

Qeyd edək ki, 18 yaşlı yarımmüdafiəçi ötən mövsüm Kataloniya klubunun heyətində çıxdığı 7 oyunda 2 qolla yadda qalıb.

Transfermarkt portalında futbolçunun transfer dəyəri 7.5 milyon avro olaraq qiymətləndirilir.