"Barselona"nın futbolçusu klubdan qalmaq fikrinə düşüb
"Barselona"nın futbolçusu Andreas Kristensen İngiltərə klublarının maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, futbolçu bütün təklifləri rədd edib.
Bu haqda "El Nacional" nəşri məlumat yayıb.
Kristensen klubda qalmaq niyyətindədir. Oyunçunun klubla sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.
Qeyd edək ki, 29 yaşlı stoperin dəyəri "Transfermarkt" portalına görə, 12 milyon avrodur.